Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ABŞ-da beynəlxalq müsabiqədə iştirak edirlər

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ABŞ-da beynəlxalq müsabiqədə iştirak edirlər Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Turan Abbasov, Murad Alızadə, Etibar Qarayev və Günel Məmmədzadə 31 mart-6 aprel tarixlərində Vaşinqtonda keçirilən dünyanın ən böyük məhkəmə müsabiqəsi olan “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində iştirak edirlər.
Bu ilin 9 fevral tarixində on ildən sonra ilk dəfə Azərbaycanda “Philip C. Jessup”ın milli raundları keçirilib. Bu isə məhz DGKA-nın komandasının yarışa qoşulması ilə mümkün olub.
Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsi Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin (International Court of Justice) simulyasiyasıdır və hər il 100-dən çox ölkədən gələn komandalar Vaşinqtonda yarışaraq öz ölkələrini təmsil edirlər. Müsabiqədə 3000-dək tələbə təmsil olunur.

DGKA-nın Mətbuat Xidməti



Oxşar xəbərlər