BMU tələbələri “Tələbə baharı” festivalında II yeri tutdular

BMU tələbələri “Tələbə baharı” festivalında II yeri tutdular Bakı Mühəndislik Universitetinin tələbələri Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalının seçim mərhələsində iştirak ediblər.
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən festivalda BMU-nun tələbələri milli rəqs (solo), müasir rəqs (kollektiv) və klassik musiqi nominasiyaları üzrə II yerə layiq görülüblər. Müsabiqənin qalibləri festivalın “Qala konserti”ndə təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən hər il təşkil olunan festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

BMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər