Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, münsiflər heyətinin sədri Fərəh Əliyeva, İncəsənət gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri, Xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Hafiz Quliyev, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasının müəllimi, tarzən Arslan Növrəsli festivalın seçim mərhələsinin iştirakçılarının çıxışlarına baxıblar.
Tədbirdə universitetin tələbələri “Dədə Heydər”, “Mənim marşalım” şeirlərini söyləyib, “Dalğa” rəqs qrupu “Lirik rəqs”, “Qarabağ yallısı” rəqslərini ifa edib, eyni zamanda “Azərbaycan”, “When the music dies” və s. mahnıları səsləndiriblər.
Qeyd edək ki, 2017-ci il may ayının birinci yarısında yekun konsert keçiriləcək, qalib adına layiq görülmüş kollektiv və solo ifaçılar Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar.
ADU-nun Mətbuat Xidməti





