ADU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib

ADU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır.
ADU-da bədii yaradıcılıq festivalı universitetin Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Musiqi” klubu, Tələbə Həmkarlar Təşkilatı, həmçinin Musiqi və İncəsənət şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Festivalın baxış müsabiqəsində tələbələrin ifa etdikləri şeirlər, yerli və xarici musiqilər, rəqs növləri münsiflər heyəti tərəfindən izlənilib.
İstedadlı tələbələrin müəyyən edilməsi Azərbaycan Respublikasının tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti - Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova, Əməkdar incəsənət xadimi şair Baba Vəziroğlu, bəstəkar Nailə Mirməmmədli, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Azərbaycan Respublikasının əməkdar artisti Təyyar Bayramov, Milli Konservatoriyanın müəllimi Arslan Növrəsli tərəfindən həyata keçirilib.
Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək və qaliblər Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.

ADU-nun Mətbuat Xidməti


ADU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilibADU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilibADU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilibADU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilibADU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilibADU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilibADU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilibADU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib

Oxşar xəbərlər