Bakı Mühəndislik Universitetinin tələbələri XI Ümumrespublika Tələbə Yaradıcılığı Festivalın birincisi oldu

Bakı Mühəndislik Universitetinin tələbələri XI Ümumrespublika Tələbə Yaradıcılığı Festivalın birincisi oldu Gənclər və İdman Nazirliyi tərəfindən 03.04.2018-ci il tarixdə Azərbaycan Dövlət Rus Dram Teatrında “Tələbə baharı” XI Ümumrespublika Tələbə Yaradıcılığı Festivalının seçim turu keçirildi. Bakı Mühəndislik Universitetinin bədii yaradıcılıq bölməsinin yaradıcı kollektivlərinin üzvləri də müsabiqədə fəallığı ilə seçilirdi. Milli, xalq və müasir rəqslər, klassik və xalq müsiqi nominasiyaları üzrə müsabiqədə iştirak edən istedadlı tələbə-gənclər festivalın qalibləri sırasında yer aldılar.
Bakı Mühəndislik Universitetinin rəqs kollektivi dünya rəqsləri nominasiyası üzrə I yerə, Pedaqoji fakültə, ingilis dili və ədəbiyyatı kafedrasının III kurs tələbəsi Arzu Dadaşova caz müsiqi nominasiyası üzrə, Tərcümə kafedrasının 1 kurs tələbəsi Elmir Nəcəfov xalq mahnıları nominasiyaları üzrə III yerə layiq görüldülər.
XI Ümumrespublika Tələbə Yaradıcılığı Festivalının Qala konserti 25 Aprel tarixində keçiriləcək.

BMU-nun Mətbuat Xidməti


Bakı Mühəndislik Universitetinin tələbələri XI Ümumrespublika Tələbə Yaradıcılığı Festivalın birincisi oldu

Oxşar xəbərlər