Neftin qiyməti yenidən bahalaşdı

Neftin qiyməti yenidən bahalaşdı CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 10-da 73,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,24 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,27 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,59 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,72 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,56 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər