Azərbaycan neftinin SON QİYMƏTİ dəyişib

Azərbaycan neftinin SON QİYMƏTİ dəyişib CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 23-də 71,51 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,77 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 23-də 70,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 23-də 66,69 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,89 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 23-də 68,95 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər