Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 74,41 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,63 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,68 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,61 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,19 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.

Tehsil-press.az



Oxşar xəbərlər