Dövlət İdarəçilik Akademiyası Türkiyə ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Dövlət İdarəçilik Akademiyası Türkiyə ilə əməkdaşlıq əlaqələrini genişləndirir Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi arasında əməkdaşlıq protokolu imzalanıb.
Sənəd DİA-nın rektoru, akademik Urxan Ələkbərov və Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren tərəfindən Ankarada imzalanıb.
Tərəflər əməkdaşlığın qarşılıqlı olaraq böyük fayda gətirəcəyinə əmin olduqlarını bildiriblər.
DİA-nın elmi-təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli imzalanma mərasimində iştirak edib.

Sabir Şahtaxtı

Oxşar xəbərlər