Bakı Dövlət Universiteti Türkiyənin ali məktəbləri ilə əlaqələrini genişləndirir

Bakı Dövlət Universiteti Türkiyənin ali məktəbləri ilə əlaqələrini genişləndirir Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Türkiyənin İstinye Universiteti rektorunun məsləhətçisi, professor Göksel Aşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki universitet arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Akademik A.Məhərrəmov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, həmçinin Türkiyə universitetləri ilə birgə layihələrindən danışıb.
Görüşdən məmnunluğunu ifadə edən professor G.Aşan İstinye Universiteti barədə məlumat verib. O, 2015-ci ildən fəaliyyətə başlayan universitetdə xüsusilə tibb və sosial elmlər sahələri üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlandığını bildirib. BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayan qonaq birgə elmi tədqiqatların aparılmasının, müəllim-tələbə mübadiləsinin, konfransların, seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib.
Türkiyəli qonaqlar BDU-nun elmi-tədqiqat laboratoriyalarında və ayrı-ayrı fakültələrində olublar.

BDU-nun Mətbuat xidməti


Bakı Dövlət Universiteti Türkiyənin ali məktəbləri ilə əlaqələrini genişləndirirBakı Dövlət Universiteti Türkiyənin ali məktəbləri ilə əlaqələrini genişləndirir


Oxşar xəbərlər