
Yeni səfir Mahir Əliyev etimadnaməsini bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Əhməd Sari Əl Mazroueyə təqdim edib.
BƏƏ-li rəsmi səfirə fəaliyyətində uğurlar arzu edib.
Xatırladaq ki, Mahir Əliyev daha əvvəl Suriya və Livanda ölkəmizi təmsil edib.
Qeyd edək ki, bir müddət əvvəl BƏƏ-dəki sabiq səfir Daşqın Şikarovla bağlı mediada ciddi ittiham yer almışdı. Bildirilirdi ki, diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib.
Hazırda XİN-in rəsmi saytında Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə səfiri kimi nə Mahir Əliyevin, nə də Daşqın Şikarovun adı qeyd edilib.
***
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Bakupost.az”a bildirib ki, BƏƏ-yə yeni səfir təyinatı ilə bağlı onlarda heç bir məlumat yoxdur:
“Səfirlərin təyinatı ali sərəncamla həll edilir. Belə bir sərəncam olmadığı üçün təəssüf ki, biz bu barədə əlavə məlumat verə bilməyəcəyik”.
Tehsil-press.az