Azərbaycan İlahiyyat İnstitutunda yazıçılarla görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda yazıçılarla görüş keçirilib Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə yazıçılar Şərif Ağayar və Mirmehdi Ağaoğlu ilə görüş təşkil edib.
Aİİ-nin dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov ali təhsil müəssisəsində müxtəlif mövzularda təşkil etdiyi dəyirmi masaların, seminarların, treninqlərin və ənənə halını almış görüşlərin tələbələrin intellektual səviyyəsinin artırılmasında, elmi axtarışlara sövq edilməsində əhəmiyyətli rol oynadığını bildirib. O vurğulayıb ki, gənclərin inkişafında mütaliə, yazıçılarla ünsiyyət çox önəmlidir.
Yazıçı Şərif Ağayar ali təhsil müəssisəsində belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu söyləyib. Qeyd edib ki, tələbələrin müasir yazıçıları həvəslə oxuması, onların əsərlərini müzakirəyə çıxarması bəyənilən haldır. Kitablar insan həyatında mühüm rol oynayır, onun mənəvi dünyasının, dünyagörüşünün zənginləşməsinə kömək edir.
Mirmehdi Ağaoğlu Azərbaycan ədəbiyyatının araşdırılmasından, tələbələrin müasir yazıçılara marağından bəhs edib. Cəmiyyəti dəyişdirən, müəyyən ictimai fikir formalaşdıran bu sahənin ciddi peşə olduğunu qeyd edən gənc yazıçı görüş iştirakçılarına öz yaradıcılığından söz açıb. O, tələbələrə daha çox kitab oxumağı tövsiyə edib.
Görüş mövzu ətrafında müzakirələrlə davam edib.

Aİİ-nin Mətbuat Xidməti


Azərbaycan İlahiyyat İnstitutunda yazıçılarla görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda yazıçılarla görüş keçirilib

Oxşar xəbərlər