Pilot layihə çərçivəsində “Kimya gecəsi”

Pilot layihə çərçivəsində “Kimya gecəsi” Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə” 27 noyabr 2017-ci il tarixli əmrinin icrası ilə əlaqədar Lənkəran Dövlət Universiteti (LDU) ilə Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair işlər davam etdirilir.
Layihə çərçivəsində LDU və Astara Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Astara rayonunun C.Cabbarlı adına Kakalos kənd tam orta məktəbində “Kimya gecəsi” keçirilib.
Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə start verilib.
Sonra meydan gənc kimyaçılara verilib.Onların təqdim etdikləri təcrübələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.Pensər kənd 2 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri kimya fənnindən praktik biliklərini bacarıqla nümayiş etdiriblər.D.Mendeleyevin “Kimyəvi elementlərin dövri sistemi cədvəli”nin kəşfinin 150 illiyinə həsr olunmuş gecədə kimya elminin yaranması, ən mühüm kəşflər,dünya şöhrətli kimyaçılar barədə maraqlı məlumatlar səsləndirilib.Həmçinin D.Mendeleyevin yaratdığı “Kimyəvi elementlərin dövri sistemi cədvəli”nə həsr olunmuş videoçarx nümayiş edilib. Təcrübi məşğələləri şagirdlər Pensər kənd 2 saylı tam orta məktəbin kimya müəllimi, respublikanın əməkdar müəllimi Şabala Əliyevin rəhbərliyi altında həyata keçiriblər.
Tədbirdə Lənkəran Dövlət Universitetinin (LDU) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov çıxış edərək şagirdlərə və müəllimlərə maraqlı gecəyə, fəal iştiraklarına görə təşəkkürünü bildirib. Orta məktəblərlə əlaqələrin bundan sonra da davamlı olacağını, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun göstərişi ilə LDU-nun laboratoriya və fənn kabinələrinin tətil günlərində və açıq dərslər zamanı məktəblilərin ixtiyarına veriləcəyini deyən İdrak Əsgərov məktəblilərə elmlərin əsaslarına dərindən yiyələnmələrini, praktik bacarıqlarını genişləndirməyi tövsiyyə edib .
Astara Rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov ali təhsil müəssisələri ilə orta məktəblər arasında əlaqələrin inkişafını yüksək dəyərləndirərək bunun hər iki tərəfə , ümumiyyətlə isə , elmimiz üçün səmərəli olacağını vurğulayıb.
Kimya gecəsində LDU-nun “Kimya və fizika” kafedrasının dosenti,kimya üzrə fəlsəfə doktoru Gülbəniz Qədirova çıxış edərək nümayiş edilən təcrübələrdən və məktəblilərin kimya fənni üzrə nəzəri və təcrübi biliklərindən razı qaldığını bildirib,tövsiyyələrini verib.
Tədbirdə Astara rayonunda kimya fənnini tədris edən müəllimlər,LDU-nun əməkdaşlarından -Kimya və fizika kafedrasının müdiri, dosent İsa Hüseynov,həmin kafedranın baş müəllimi Elnur Dadaşov,Biologiya və tibbi biliklər kafedrasının müdiri vəzifəsini icra edən dosent Məhəmmədhüseyn Hüseynov və başqaları iştirak ediblər.

LDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər