Qərbi Kaspi Universitetində Kimya-biologiya müəllimlərinin Forumu keçirilib

Qərbi Kaspi Universitetində Kimya-biologiya müəllimlərinin Forumu keçirilib Qərbi Kaspi Universitetində Kimya-biologiya müəllimlərinin Forumu keçirilib. Forumda respublikanın 50-ə qədər orta ümumtəhsil məktəbindən 100-dən artıq müəllimi iştirak edib.
Qərbi Kaspi Universitetinin müəllimləri - kimya üzrə fəlsəfə doktoru Nailə Quliyeva “Nanokimya ve nanotexnologiya”, biologiya üzrə fəlsəfə doktoru Elnarə Cəfərova “Xəzər dənizin ekologiyasının müasir problemləri”, Könül Əhmədova "Kür silsilə su anbarların makrozoobentosunun müasir ekologiyası və problemləri" mövzularında məruzlərlə çıxış ediblər.
Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb.
Forumun keçirilməsində məqsəd orta məktəb müəllimlərini ixtisaslaşdıqları istiqamət üzrə yeni bilik və informasiyalarla tanış etmək, məlumat mübadiləsi həyata keçirmək, universitet və məktəb müəllimləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına töhvə verməkdən ibarət olub.

Mətbuat Xidməti

Oxşar xəbərlər