Tələbələr rəqəmsal marketinq barədə məlumatlandırılıb

Tələbələr rəqəmsal marketinq barədə məlumatlandırılıb Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) biznes idarəçiliyi fakültəsinin marketinq kafedrasının və “MADO” restoranlar şəbəkəsinin təşkilatçılığı ilə tələbələr üçün “Rəqəmsal marketinq” mövzusunda praktik seminar keçirilib.
“MADO” restoranlar şəbəkəsinin baş meneceri Emil Qurbanov rəqəmsal marketinqin aktuallığı, səmərəli istifadəsi, effektivliyinin ölçülməsi kimi məsələlərə aydınlıq gətirib. O, mövzu çərçivəsində bilik və peşəkarlıq fəaliyyətindən də danışıb.
Fikir mübadiləsi şəraitində davam edən tədbirdə marketinq kafedrasının müdiri Elmira Qocayeva, mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev, dekan müavini İlahə Əliyeva və baş müəllim Günel Teymurova da iştirak ediblər.
Sonda Emil Qurbanova universitetin marketinq kafedrası tərəfindən təşəkkürnamə təqdim edilib.

ATMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər