
Bu ali təhsil ocağının rektoru İlham Mədətov universitet-sənaye əməkdaşlığının tərəflər üçün faydalı olacağını diqqətə çatdırıb.
Tədbirdə “Performance Center” şirkətinin biznesin idarəedilməsi şöbəsinin müdiri Anar Fətəliyevin “Marka fəlsəfəsi və müştərinin kimliyi”, “ADA” Universitetinin müəllimi, professor Tuğraxanım Musayevanın və “ASAN” Təlim Mərkəzinin nümayəndəsi Asəf Zeynalovun “İşgüzar etiket və protokol qaydaları” mövzularında keçirdikləri təlimlər ATMU-nun menecment və marketinq ixtisası qruplarında təhsil alan tələbələrin həm təcrübi və nəzəri bilik bazalarının təkmilləşməsinə, həm də sənaye nümayəndələri ilə fikir mübadiləsi aparmalarına zəmin yaradıb.
Sonda təlim iştirakçılarına ATMU-nun sertifikatları təqdim olunub, müvafiq qurumlara təhsil və təcrübə üzrə layihələrin daha geniş miqyasda icrası məqsədilə müzakirələrin təşkilinə dair göstərişlər verilib.
ATMU-nun Mətbuat xidməti