Tələbələr ABŞ-da turizmin müasir vəziyyəti barədə məlumatlandırılıblar

Tələbələr ABŞ-da turizmin müasir vəziyyəti barədə məlumatlandırılıblar Aprelin 4-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ABŞ-ın Şərqi Karolina Universitetinin professoru xanım Pagie Viren ilə görüş keçirilib.
Görüşdə P.Viren ali məktəbin turizm və otelçilik ixtisası üzrə bakalavr pilləsinin ingilis dilində təhsil alan tələbələrinə ABŞ-da turizmin müasir vəziyyəti, ekoturizm və marketinq barədə ətraflı məlumat verib və onların suallarını cavablandırıb.
Görüşdə, həmçinin ATMU-nun tədris işləri üzrə prorektoru İranə Əliyeva, turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, həmin fakültənin dekan müavini Flora Ələsgərova və beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa qonağı universitetdə tədris olunan fənlər, beynəlxalq əlaqələrin qurulması və daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırıblar. Diqqətə çatdırılıb ki, ATMU-nun hədəfləri müstəvisində tələbə-müəllim mübadiləsinə, ixtisaslı və peşəkar kadr hazırlığında beynəlxalq təcrübəyə önəm verilir, vaxtaşırı müvafiq təlimlər təşkil olunur.

Tehsil-press.az

Oxşar xəbərlər