ADPU ilə Atatürk Universiteti arasında Mövlana Mübadilə Proqramı çərçivəsində protokol imzalanıb

ADPU ilə Atatürk Universiteti arasında Mövlana Mübadilə Proqramı çərçivəsində protokol imzalanıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Türkiyə Respublikasının Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı ilə görüşüb. Görüşdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, ADPU rektorunun köməkçisi Riyad Rüstəmli, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Lətif Kəngərli və digər şəxslər iştirak ediblər.
Rektor Cəfər Cəfərov qonaqları salamlayaraq onlara ADPU haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ADPU 1921-ci ildə yaradılıb. ADPU fəaliyyət göstərdiyi müddət ərzində elm və təhsilin inkişafında misilsiz xidmətlər göstərib. ADPU-da 18 minə yaxın tələbə təhsil alır. Tədris Bakı şəhərində 4 binada aparılır. ADPU-nun 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. ADPU 100 illik yubileyinə yaxınlaşır.
Son illər ölkəmizdə müəllim peşəsinə maraq xeyli artıb. 2018-2019-cu tədris ilində 2090 nəfər abituriyent 500-dən yüksək bal toplayaraq müəllim peşəsini seçib. Bu, əvvəlki illərlə müqayisədə çox böyük göstəricidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son çıxışlarının birində bu faktı xüsusi vurğulayıb. Bu il 500-dən yüksək bal toplayan 566 nəfər gənc təhsil almaq üçün ADPU-nu seçib. 3 il bundan öncə isə cəmi 20 nəfər gənc 500-dən çox bal toplayaraq ADPU-nu seçmişdi. Universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində islahatlar davam etdirilir. Son vaxtlar müxtəlif media qurumlarının nüfuzlu təhsil ekspertləri ilə birgə apardıqları sosioloji sorğuların nəticələrinə əsasən ADPU təhsilin keyfiyyətinə və idarəetməyə görə qabaqcıl universitetlərdən biri olub.
Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı səmimi və mehriban görüşə görə təşəkkür edərək rəhbərlik etdiyi universitetin fəaliyyət istiqamətləri, fakültələri, tədris və elmi həyatı, professor-müəllim və tələbə heyəti, idarəetmə strukturları barədə geniş danışıb.
Sonra ADPU ilə Atatürk Universiteti arasında Mövlana Mübadilə Proqramı çərçivəsində protokol imzalanıb. İmzalanmış sənəddə birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi və digər məqamlar öz əksini tapıb.
Görüşdə xatirə şəkili çəkdirilib, hədiyyələr təqdim edilib. Sonda rektor Cəfər Cəfərov qonaqları ADPU-nun tədrisi binası ilə tanış edib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU ilə Atatürk Universiteti arasında Mövlana Mübadilə Proqramı çərçivəsində protokol imzalanıbADPU ilə Atatürk Universiteti arasında Mövlana Mübadilə Proqramı çərçivəsində protokol imzalanıb

Oxşar xəbərlər