Sabirabadda bahar təravəti, yaz nəfəsi

Sabirabadda bahar təravəti, yaz nəfəsi 16 mart 2019-cu il tarixdə Sabirabad rayon İstirahət Parkında Novruz bayramı ilə əlaqədar Sabirabad Rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirə gələn qonaqları ilk olaraq Uşaq Musiqi Məktəbinin nağara ritm qrupunun müşaiyətilə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəqs dərnəyinin şagirdləri qarşılamışlar. Daha sonra qonaqlar rayonun mədəniyyət və təhsil müəssisələrinin yaradıcı gənclərinin əl işlərindən, Tarix-diyarşünaslıq muzeyinin eksponatlarından ibarət sərgilərlə tanış olmuşdur. Bundan əlavə tədbirdə iştirak edən Əsədli kənd klubunun “Ailə” ansamblının, Əliləmbəyli kənd Mədəniyyət evinin “Sevinc” ansamblının, Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin “Xalq çalğı alətləri” ansamblının musiqi nömrələri, Əhmədabad kənd Folklor evinin Axısxa Türk Halay rəqs qrupunun zövq oxşayan rəqsləri, Həşimxanlı kənd Mədəniyyət evinin “Cəngavər Pəhləvanlar” qrupunun tariximizdən süzülüb gələn pəhləvanlıq nümunələri tədbirin bayram ab-havasını yüksəltmiş, qonaqlara xoş əhval-ruhiyyə bəxş etmişdir. Bayram tədbiri Sabirabad RİH-in başçısı cənab Nazim İsmayılovun rayon ictimaiyyətini bayram münasibətilə təbrikindən sonra konsert proqramı ilə davam etmişdir. Konsertdə tanınmış müğənnilər iştirak etmişlər

Mətbuat Xidməti


Oxşar xəbərlər