Mayın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Türkologiya: reallıqlar, problemlər, perspektivlər” respublika elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov türkologiya elminin xüsusi əhəmiyyət kəsb etdiyini və ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını bildirib.
Sonra filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Türkologiyanın aktual problemləri”, müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov “Türkologiyanın reallıqları və perspektivləri” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə qeyd edilib ki, türkoloji düşüncənin tarixi qədimdir. Dövlətimiz türkoloji məsələlərə böyük dəyər verir. Türkoloji fikir dövlət siyasətinin mahiyyətində dayanır. Müasir dövrümüzdə türkdilli xalqlar arasında sosial-iqtisadi, mədəni əlaqələr genişlənir, türkoloqlar tərəfindən dil sahəsindəki əlaqələrə vaxtaşırı nəzər salınır və inteqrasiyaya, ümumtürk dilləri arasında uyğunlaşmaya və özünəqayıdışa güclü diqqət yetirilir. Son illər türkdilli xalqların arasında inkişaf edən iqtisadi və siyasi-mədəni əlaqələr, mənəvi yaxınlaşma ortaq türk dili ideyasının gerçəkləşməsinə təkan verən amillərdən biridir. Türkdilli xalqlarla əlaqələri genişləndirməyi zaman tələb edir. Müasir türkologiyanın qarşısında dayanan əsas vəzifələrdən biri öz inkişaf tarixində müəyyən səbəblər ucbatından bir-birindən ayrılmış və uzaq düşmüş türk xalqlarının dillərinin oxşar və fərqli cəhətləri barədə çoxlu sayda aktual mövzuların müəyyənləşdirilməsi, milli, mədəni, siyasi və ideoloji baxımdan böyük önəm daşıyacaq bu mövzular üzərində elmi araşdırmaların aparılmasına istiqamət verilməsidir.
Sonra konfrans öz işini 3 bölmədə davam etdirib. Bölmə iclasları “Türk dillərinin fonetik, leksik, qrammatik quruluşu və müqayisəsi”, “Ortaq türk dili və əlifbası”, “Türk dillərinin tarixi və dialektləri” mövzularında müzakirələr aparılıb. İclaslarda ümumilikdə 52 məruzə dinlənilib.
Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib, müvafiq qərarlar qəbul edilib.

ADPU-nun Mətbuat Xidməti