Meksikada cinayətkar qruplaşmalar arasında toqquşma olub, çox sayda ölən var

Meksikada cinayətkar qruplaşmalar arasında toqquşma olub, çox sayda ölən var Meksikanın Uruapan şəhərində iki cinayətkar qruplaşma arasında toqquşma baş verib.
Bu barədə Miçoakan ştatının Baş Prokurorluğundan bildiriblər.
Baş Prokurorluğun məlumatına əsasən, toqquşma baş verən ərazidə 9 nəfərin cəsədi və 4 yaralı aşkar edilib. Bundan əlavə, hadisə yerində yalnız Meksika ordusunun istifadəsində olan böyuk kalibrli silah da tapılıb.
İnsidentlə əlaqədar araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər