Honkonq gəmisi Tailandda yandı - 50 yaralı

Honkonq gəmisi Tailandda yandı - 50 yaralı Tailandın Lemçabanq limanında yerləşən terminallardan birində Honkonq gəmisində partlayış baş verib.
Partlayışın ardınca yanğın baş verib. Bir neçə partlayış olduğu bildirilir. İnsident nəticəsində təxminən 50 nəfərin yanıq və digər xəsarətlər aldığı, eləcə də tüstüdən zəhərlənməsi baş verib.
Həmin ərazi hazırda təhlükəli zona elan edilib. Yanğını lokallaşdırmaq mümkün olub.
Partlayışın hansı səbəbdən baş verməsi hələ məlum deyil. İstintaq araşdırması başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər