Bakıda dördəm dünyaya gəlib

Bakıda dördəm dünyaya gəlib Uzun illər övlad həsrətində olan Axundovlar ailəsində dördəm dünyaya gəlib.
Bu haqda körpələrin dünyaya gəldiyi hospitalın İnstaqram hesabında məlumat verilib. Respublika Günü ərəfəsində doğulan 2-si qız, 2-si oğlan olan körpələr tam sağlamdırlar.
Bir dəfəyə 4 övlad sahibi olan gənc ailənin sevincinin həddi-hüdudu yoxdur. Bu gün həyatlarının ən xoşbəxt günü olduğunu deyən Axundovlar, körpələrinin sağlam və xoşbəxt olması üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər