Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq UNEC olimpiada qaliblərinə xüsusi təqaüd imkanı yaradır.
Yeni tədris ilindən UNEC-i seçən beynəlxalq olimpiada və Respublika fənn olimpiadaları qalibləri bir semestr ərzində universitetin 100 AZN məbləğində xüsusi təqaüdünü əldə edəcəklər.
Olimpiada qalibləri ilə yanaşı, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq bu ali məktəbdə təhsil alan I kurs tələbələri də xüsusi təqaüdə layiq görülür. Bundan başqa, UNEC-də hər kurs üzrə ən çox bal toplayan 15 tələbəyə 100 AZN məbləğində “ikinci əlaçı təqaüdü” verilir.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərə əsasən, beynəlxalq olimpiada qalibləri istənilən ixtisas, Respublika fənn olimpiadaları qalibləri isə müvafiq fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək.

UNEC-in Mətbuat Xidməti


Oxşar xəbərlər