Bu gün Bakıda 33, rayonlarda 36 dərəcə isti olacaq

Bu gün Bakıda 33, rayonlarda 36 dərəcə isti olacaq Bu gün ölkə ərazisində isti yay havası müşahidə olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu 29-33° isti, Bakıda 31-33° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu isə aranda 31-36° isti, dağlarda 20-25° isti təşkil edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər