Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsi müzakirə olunub

Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsi müzakirə olunub Bakı şəhər 279 nömrəli tam orta məktəbdə “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Südabə Abdullayeva bu cür seminarların keçirilməsinin əhəmiyyətli olduğunu deyib.
Tədbirdə çıxış edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri Nadir İsmayılov 2019-cu ilin may-avqust aylarını əhatə edən layihənin məqsədinin orta təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə, orta məktəb rəhbərlərinin və müəllimlərinin kütləvi informasiya vasitələri (KİV) haqqında qanunvericiliklə daha yaxından tanış olmasına, KİV-lə iş barədə bilik və bacarıqlarının artırılmasına, KİV-lə əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdən ibarət olduğunu bildirib.
Seminarda filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Nüşabə Hüseynli “Media ilə iş bacarıqları” mövzusunda geniş təqdimatla çıxış edib.
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə isə “İnformasiya açıqlığının təmin edilməsi” mövzusunda təqdimatını iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə BŞTİ-nin sektor müdiri Bəşarət Məmmədov təhsil sektorunda həyata keçirilən islahatlar, ictimaiyyətlə əlaqə işinin daha səmərəli təşkili, vahid informasiya mübadiləsinin təmin olunması, məktəblərin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasında açıqlıq və media ilə iş sahəsində atılan addımlarla bağlı ətraflı məlumat verib. Həmçinin sektor müdiri təmsil etdiyi qurumun məktəb rəhbərləri üçün seminar və treninqlər keçirdiyini, KİV nümayəndələrinin təhsil müəssisələrinə press-turların təşkil edildiyini diqqətə çatdırıb.
Tədbirdə “İnformasiya açıqlığının təmin edilməsi” və “Media ilə iş bacarıqları” mövzularında səmərəli fikir mübadiləsi aparılıb.
Sonda seminarın keçirilməsinə dəstək olanlara diplomlar, iştirakçılara isə sertifikatlar təqdim edilib.

BŞTİ-nin Mətbuat Xidməti


Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsi müzakirə olunubTəhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsi müzakirə olunubTəhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsi müzakirə olunub

Oxşar xəbərlər