
“Mədəni müxtəliflik” proqramı çərçivəsində keçirilən tədbir dünya xalqlarının zəngin mədəni irsinin öyrənilməsi və Azərbaycanda təbliği məqsədi daşıyıb. Tədbirdə universitetin rektoru, akademik Kamal Abdulla, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, tələbələr, tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə ADU-nun dil və mədəniyyət mərkəzlərinin və “Səma” rəqs qrupunun təşkilatçılığı ilə Azərbaycan, Fransa, Hindistan, İsrail, İndoneziya, İspaniya, Koreya, Norveç, Özbəkistan, Polşa, Yaponiya, Tatarıstan, Qafqaz xalqlarının mədəniyyət nümunələri və rəqsləri təqdim olunub.
ADU-nun Mətbuat Xidməti
