Azərbaycanda xaricdən gətirilən iki çiyələk növü yetişdirilir - "Albiyon" və "Salandreas"

Azərbaycanda xaricdən gətirilən iki çiyələk növü yetişdirilir - Azərbaycanda xaricdən gətirilən iki çiyələk növü yetişdirilir.
Sahibkar bildirib ki, Cəlilabad rayonunda xaricdən gətirilərək yetişdirilən yeni növ çiyələklərin məhsuldarlığı da yüksəkdir. Yeni növlər Türkiyədən gətirilir:
"Bunlar "Albiyon" və "Salandreas" növləridir. Bu vaxta qədər əsasən "Viktoriya" növü becərilirdi. Düzdür, bu növ də məhsuldardır. Amma bu çiyələkləri xaricə ixrac edə bilmirdik. Amma "Albiyon" və "Salandreas" sortlarının dayanıqlığı yüksəkdir. "Viktoriya" növü hektara 30-35 ton məhsul versə də, dayanıqlığı zəif olduğu üçün yalnız yerli bazar üçün nəzərdə tutulur. "Albiyon" və "Salandreas" növləri isə hektara 20-25 ton çiyələk verir".
R.Abbasovun sözlərinə görə, çiyələk yığımına istixana şəraitində mart ayından başlanılır: "Amma açıq hava şəraitində yetişdirilən çiyələklərin yığılmasına aprelin sonlarından başlanıb. Yığım hava şəraitinə uyğun olaraq noyabr ayına qədər davam edir".

Tehsil-press.az

Oxşar xəbərlər