
Turnir Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin və Sumqayıt Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə baş tutub. Şəhər Olimpiya kompleksində keçirilən yarışda Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabeliyində olan Sumqayıt şəhəri, Qubadlı, Zəngilan, Abşeron, Şuşa və Xızı rayonlarının komandaları qalib adı uğrunda mübarizə aparıblar.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Qubadlı rayonunun komandası bütün rəqiblərini üstələyərək I yeri tutub. Növbəti yerləri isə müvafiq olaraq Zəngilan və Abşeron rayonlarının komandaları bölüşüblər.
Qalib komandaya I dərəcəli medal, Fəxri fərman və kubok təqdim edilib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti




