Rektor və əməkdaşlar İspanyada təlimlərə qatılıblar

Rektor və əməkdaşlar İspanyada təlimlərə qatılıblar Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru professor Akif Süleymanov və bir neçə əməkdaşı Bakı Biznes Universitetinin koordinatoru olduğu, Avropa Komissyası tərəfindən maliyyələşən Erasmus+ proqramının EQAC layihəsi (Azərbaycan Universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin qurulması) çərçivəsində İspanyanın Alikante şəhərində təşkil olunan 1 həftəlik təlimdə iştirak ediblər. Alikante Universitetində baş tutan təlimdə UTECA-nın rektoru ilə yanaşı Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov, Tədris şöbəsinin müdiri Piri Axundov, Xarici Dillər kafedrasının müdiri Könül Vəliyeva, Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Jalə Həmzəyeva da iştirak ediblər.
Azərbaycanın 11 ali təhsil müəssisəsindən olan nümayəndələr və xarici partnyor universitetlərlə birgə reallaşan təlimin əsas mövzusu universitetlərdə keyfiyyətin təminatı sisteminin qurulması olub.
Təlimlərdə universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilib, mərkəzin strukturunun formalaşması və inkişafı üçün görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Xatırladaq ki, İspanyada baş tutan bu təlim layihə çərçivəsində İsveç, Litva və İngiltərədən sonra sayca dördüncüdür və növbəti təlimin yenidən İsveçdə - paytaxt Stokolmda keçirilməsi nəzərdə tutulub.

UTECA-nn Mətbuat Xidməti


Rektor və əməkdaşlar İspanyada təlimlərə qatılıblarRektor və əməkdaşlar İspanyada təlimlərə qatılıblarRektor və əməkdaşlar İspanyada təlimlərə qatılıblar

Oxşar xəbərlər