BDU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans

BDU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans Bakı Dövlət Universitetində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Böyük xilaskar, müdrik şəxsiyyət” mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müstəsna tarixi xidmətlərindən danışıblar.
Bildirilib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə müdrik şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz xaos və hərc-mərclikdən, dağılmaq təhlükəsindən xilas olub və inkişaf yoluna çıxıb.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər