
Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini İrəc Hərirçi Ərdəbildə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin nümayəndələrinin səhiyyə turizmi üzrə 2-ci iclasında deyib.
İ.Hərirçinin sözlərinə görə, İran bu yolla 1,2 milyard dollar gəlir əldə edib.
Nazir müavini əlavə edib ki, qonşu ölkə vətəndaşları, o cümlədən İraq, Əfqanıstan, Azərbaycan və Pakistan vətəndaşları müalicə üçün İrana səfər edirlər:
"İran regionda səhiyyə turizminin mərkəzinə çevrilməyə, dost və qonşu ölkələrə xidmət göstərməyə çalışır".
Nazir müavini bildirib ki, son illər İranda səhiyyə sektorunda adambaşına xərc 1 707 dollara çatıb.
Tehsil-press.az