
İclasda institutun əməkdaşı Gülsarə İmanova rəhbərlik etdiyi “Kiçik akademiya”da cari ilin birinci yarısında görülən işlərdən, çöl tədqiqatlarından, yuxarı sinif şagirdlərinin əldə etdikləri təcrübələrdən, elmi yeniliklərə əsasən müxtəlif mövzularda hazırladıqları təqdimatlardan danışıb.
GAMŞ-ın sədri, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova və institutun kiçik elmi işçisi Fəridə Talıbova şagirdlər qarşısında çıxış edərək onlara öz tövsiyələrini veriblər.
Tədbir istedadlı və xüsusi bacarığa malik şagirdlərin çıxışı ilə davam edib.
Sonda məktəbin direktoru Sitarə Abbasova GAMŞ ilə birgə təşkil olunan tədbirlərin, araşdırmaların şagirdlərdə elmə olan marağın artmasında, onların peşə seçimində mühüm rol oynadığını diqqətə çatdırıb.
Tehsil-press.az