Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 9 saylı iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 9 saylı iclası keçirilib Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 9 saylı iclası keçirilib. Əvvəlcə ATU-nun rektoru, professor Akif Süleymanov şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb.
Tədris şöbəsinin müdiri Piri Axundov universitetdə buraxılış işləri, magistr dissertasiyalarının yerinə yetirilməsinin və dövlət imtahanlarının vəziyyəti barədə məlumat verib. Avtomatika və idarəetmə kafedrasının müdiri Rövşən Hacıyev isə Qida mühəndisliyi fakültəsində tədris, elmi-tədqiqat işlərinin və nizam-intizamın vəziyyəti ilə bağlı aparılmış yoxlamanın nəticələrini şura üzvlərinə təqdim edib. Hər iki məsələ müzakirələrdən sonra qəbul edilib.
Müxtəlif məsələlərin müzakirəsi zamanı elmi katib Mətanət Əhmədova Hüseyn Azər Sədrəddin oğlunun dosent elmi adı alması üçün AAK qarşısında vəsatətin qaldırılması məsələsini Elmi Şuranın müzakirəsinə çıxarıb. Gizli səsvermə zamanı məsələyə müsbət münasibət bildirilib. Sonra Piri Axundov tələbələrin kredit borcu barədə məlumat verib. Ulduz Babayeva tərəfindən müzakirəyə çıxarılan tədris vəsaitləri də şura üzvləri tərəfindən təsdiq olunub.
Bununla da Elmi Şuranın 9 saylı iclası yekunlaşıb.

ATU-nun Mətbuat Xidməti


Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 9 saylı iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 9 saylı iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 9 saylı iclası keçirilib

Oxşar xəbərlər