DİM Direktorlar Şurasının sədr müavini Biləsuvarda vətəndaşları qəbul edəcək

DİM Direktorlar Şurasının sədr müavini Biləsuvarda vətəndaşları qəbul edəcək Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədr müavini Namiq Babayev iyulun 11-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Qəbulda Biləsuvar, Cəlilabad və Masallı rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbul saat 11:00-da Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Mərkəzin internet saytında elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Lənkəran regional bölməsinə (ünvan: Lənkəran şəhəri, H.Aslanov xiyabanı, 52 ) müraciət etmələri xahiş olunur (əlaqə tel: (025) 255 24 82).
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

DİM-in Mətbuat Xidməti

Oxşar xəbərlər