Məleykə Abbaszadə mayın 25-də İsmayıllıda vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə mayın 25-də İsmayıllıda vətəndaşları qəbul edəcək Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 25-də İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 11:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar DİM-in internet saytında elektron müraciət formasını dolduraraq qeydiyyatdan keçməli (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya mərkəzin Göyçay Regional Bölməsinə şəxsiyyət vəsiqələrini təqdim etməklə (ünvan: Göyçay ş., R.İsayev küçəsi, 43) müraciət etməlidirlər. Bundan əlavə, qeydiyyata yazılmaq istəyənlər İsmayıllı, Şamaxı, Qəbələ, Qobustan rayon təhsil şöbələrinə müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər