Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Qubada vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Qubada vətəndaşları qəbul edəcək Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 5-də Quba rayonunda vətəndaşları qəbul edəcək.
DİM-in mətbuat xidmətindən verilən məlumata görə qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və digər rayonların sakinləri iştirak edə bilərlər. Qəbul saat 11:00-da Quba rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya bu qurumun Xaçmaz regional bölməsinə (ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küç. 7b) müraciət etmələri (əlaqə tel: (023) 325-01-21) xahiş olunur.
Bundan əlavə, qəbula yazılmaq istəyənlər üçün yuxarıda göstərilən rayonların təhsil şöbələrində oktyabrın 1-dən 4-nə kimi saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər