Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Şirvan rayonunda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Şirvan rayonunda vətəndaşları qəbul edəcək Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şirvan rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul yanvarın 28-də saat 10:00-da Şirvan şəhərindəki Gənclər Evində (ünvan: Naxçıvan küçəsi, 1B) keçiriləcək.
Qəbulda Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı, Sabirabad və Neftçala rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şirvan regional bölməsinə (Ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə pr., 19) müraciət etmələri (əlaqə tel.: (021)215-15-23) xahiş olunur.
Bundan əlavə, Hacıqabul, Salyan, Saatlı, Sabirabad və Neftçala rayon təhsil şöbələrində yanvarın 21-dən 25-dək saat 10:00-dan 17:00-a qədər qeydiyyat aparılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

DİM-in Mətbuat Xidməti

Oxşar xəbərlər