
Bunu Tehsil-press.az-a Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
E.Ağayev bildirib ki, bu il zavodlardan birinin açılışının keçirilməsi nəzərdə tutulur. Zavodlardan biri Rusiya, digəri isə İran şirkəti ilə birgə tikilir.
Nazir müavininin sözlərinə görə, zavodlar fəaliyyətə başladıqdan sonra əhalinin ən çox istifadə etdiyi dərman vasitələri istehsal ediləcək.
Qeyd edək ki, dərman zavodları Pirallahı Sənaye Parkında tikilir.
Tehsil-press.az