
İmtahanda iştirak etmiş abituriyentlər mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilər.
İmtahanda iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097-si imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 33-ü imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, Nəsimi rayonu 111 nömrəli və Bakı şəhəri, Suraxanı rayonu 278 nömrəli orta məktəblərin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.
DİM-nin Mətbuat Xidməti