
Seçkidə Rəyasət Heyətinin üzvləri iştirak ediblər və nəticələrə əsasən 13 nəfər AMEA-nın professoru seçilib.
“AMEA-nın professoru” adını almaq üçün elan olunan müsabiqədə iştirak üçün respublikanın elmi və ali təhsil müəssisələri tərəfindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb.
Namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib və gizli səsvermə yolu ilə seçilmiş namizədlər AMEA Rəyasət Heyətinə təqdim edilib.
AMEA-nın Mətbuat Xidməti