MULTİKULTURALİZM TÜKƏNMƏZ SOSİAL ENERJİ MƏNBƏYİDİR

MULTİKULTURALİZM TÜKƏNMƏZ SOSİAL ENERJİ MƏNBƏYİDİR Bir neçə il əvvəl Prezident İlham Əliyev yüksək tribunalardan multikulturalizm siyasətini ölkənin şüurlu seçimi qismində bəyan edəndə qərb dünyasında mədəni müxtəliflik ideologiyası ciddi sarsıntılar keçirirdi. İxtiyar Avropa avanqard xadimlərinin dili ilə mədəni plüralizm siyasətindən məyus olduğunu bildirdi. Bunun da ki, öz səbəbləri vardı.
Bir vaxtlar əcnəbi mühacirləri şirnikdirərək cəlb edən öncül ölkələr əridici qazanın imkanlarına sadəlövhcəsinə güvənirdilər. Onlara elə gəlirdi ki, yeni idarəçilik texnologiyaları gəlmələrin casuslarında ənənəvi dəyərləri, dini inancları və başqa səciyyəvi bağlılıqları silib ata bilər. Gəlmələr də ümidləri doğrultdular, işə yaradılar və hətta yerli cəmiyyətlərə inteqrasiya belə etdilər, lakin öz milli-dini eyniyyətlərini qoruyub saxladılar.
“Özgəlik” amili tədricən faydalı amildən ciddi bir təhdidə çevrildi ki, bu da Avropa siyasətçilərini risklərlə əlaqəli bir hadisə kimi qəbul etdikləri multikulturalizmdən imtinaya vadar etdi.
Bu gün xarici ölkələrdən olan nüfuzlu tədqiqatçılar, siyasi və ictimai xadimlər Azərbaycanı sağlam multikulturalizmin özünü təsdiqləmiş bir qütbü adlandırırlar. Ölkənin siyasi rəhbərliyinin praqmatik kursu, uzaqgörən seçimin doğruluğunu bir daha təsdiqləyərək, etnik-mədəni və dini müxtəlifliyin milli təcrübəsini mötəbər bir brendə çevirməyə nail oldu. Bu brend dünyada tanınır, onu fəal şəkildə öyrənir, təhlükəsizliyin möhkəmləndirilməsi təcrübəsini dünyanın başqa regionlarına ötürürlər.
Böyük işi başlamaq həmişə çətin olur və onun gerçəkləşəcəyini öncədən demək olmur. Və beş il bundan əvvəl Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılması barədə qərar verəndə, dövlət başçısının seçimi bu böyük layihəyə məsul şəxs kimi Kamal Abdullayevin üzərinə düşdü. Görkəmli ictimai xadim və alim, kreativ və enerjili düşüncə tərzinə malik insan kimi Kamal Abdullayev də dərk etdi ki, qarşıda onu gərgin, səhv və yanlış hərəkətlərin yolverilməz olduğu bir fəaliyyət gözləyir.
Mərkəzin yaradılmasından beş il keçəndən sonra demək olur ki, dövlət başçısının cızmış olduğu plan tam şəkildə gerçəkləşdirilib. Azərbaycan multikulturalizmi təkcə rəsmi diplomatiyanın deyil, həm də xalq diplomatiyasının potensialını gücləndirdi, milli-dini müxtəlifliyin Azərbaycan təcrübəsini dünyaya yaydı.
Azərbaycan həyat tərzini öyrənən əcnəbi tələbələr üçün doqquzuncu yay məktəbi prinsipcə yeni bir formatda keçdi və dünyada Azərbaycana olan marağın artığını göstərdi. Bütün qitələri təmsil edən aparıcı ali məktəblərin tələbələri öz forumlarını keçirmək, gələcəyə ən xoş arzu və istəklərlə baxan bir xalqın həyat tərzi ilə təbii şəraitdə tanış olmaq üçün ölkəmizə gəlirdilər.
Məktəb iştirakçıları ilə görüşündə akademik, xalq yazıçısı Kamal Abdullayev vurğuladı ki, müxtəlifliyin sağlam modelinin mənbəyində hələ sağlığında bütün ekspert və tədqiqatçıların əmin-amanlığın və sabitliyin mahir bilicisi adlandırdıqları siyasət patriarxı, ümummilli lider Heydər Əliyev dururdu O, otuz ilə yaxın bir müddətdə Azərbaycana rəhbərlik etmiş, ölkə üçün etibarlı dayanıqlıq və sabitlik ehtiyatı yarada bilmişdi. Onun müdrikliyi və siyasi təcrübəsi Azərbaycanın gerçəkləşmiş arzular ölkəsinə çevirməsini mümkün etdi.
Bu gün Prezident İlham Əliyev sağlam və mütərəqqi təfəkkür ənənələrinə sadiq qalaraq, stabil inkişaf imkanlarını şaxələndirir. Prezidentin öz ölkəsində multikulturalizmin təntənəsindən danışması o deməkdir ki, onun göstəriş və sərəncamları tam olaraq həyata keçirilir.
Həqiqətən, BBMM mövcud olduğu illər ərzində Azərbaycan üçün rəsmi, xalq və ictimai diplomatiya baxımından real faydalı, sabitlik işinə töhfə ola biləcək bir neçə layihəni uğurla həyata keçirə bilib.
Milli müxtəlifliyin publisistik, fəlsəfi, elmi-tarixi qaynaqlarının öyrənilməsinə həsr olunmuş kitab seriyalarının nəşr edilməsi, Azərbaycan multikulturalizmi yay və qış məktəblərinin, əcnəbi alim və mütəxəssislərin də iştirakı ilə konfransların və dəyirmi masaların təşkili, milli-mədəni müxtəlifliyin Azərbaycan modelinin erməni terrorizmi ilə müqayisədə təqdim olunması və başqa formatlar mütəmadi keçirilən tədbirlər siyahısına daxildir.
Mahiyyət etibarı ilə bütün bunlar Prezident İlham Əliyevin təşəbbüsü ilə qlobal əməkdaşlıq siyasətinin gücləndirilməsi və gərginliyin azaldılması siyasətinin təntənəsi naminə həyata keçirilən Bakı prosesinin fəal meydançalarıdır.
BBMM Azərbaycan diplomatiyasının potensialını durmadan gücləndirir, dünyada Azərbaycanın dostlarının çevrəsini genişləndirir. K.Abdullayevin təşəbbüsü ilə yaradılmış “Azərbaycanın gənc dostları” klubunun multikulturalizm məktəbinin fəaliyyəti əsnasında zamanın çağırışlarına səmərəli cavabların tapılmasını aktuallaşdırır, dünya və Azərbaycan gənclikləri arasında ünsiyyət kanallarını qurur.
BBMM-in genişformatlı fəaliyyətinin reperləri günün tələblərinin daxili məntiqinə tam cavab verir. Mərkəzin K.Abdullayevin sədri olduğu Himayəçilər şurasının və professor Etibar Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası millətlərarası, multikulturalizm və dini məsələlər şöbəsinin tövsiyələrinə uyğun görülən bütün işləri gələcəklə bağlı perspektivlərin aydın olmasına üstünlük verən müasirlərimizin gözləntilərinə cavab verir.
Bugünkü gənclik ─ layiqli əvəzdir və onun qlobal təhlükəsizlik və birgə yaradıcılıq üçün nə etməli olduğu haqda aydın təsəvvürü olmalıdır. Məhz buna görə də dünya gəncliyinin dialoq, ünsiyyət qura bilməsi, gələcəkdə taleyin sınağına ümid olmaması, əzm və əminliklə hərəkət etməsi üçün meydançalar lazımdır.
Azərbaycan, Ermənistan istisna olmaqla bütün Qafqazda olduğu kimi, polietnik bir bütöv olmuş və olmaqdadır. Burada dialoq mədəniyyəti, ünsiyyətə və problemlərin birgə aradan qaldırılmasına meyllilik həmişə yüksək dəyərləndirilmişdir və dəyərləndirilir. Bütün bunları bilərək, K.Abdullayev həmişə təkcə Azərbaycan gəncliyinə deyil, həm də xarici ölkələrdən olan gənclərə doğru addımlar atır. Gələcəyin dolaşıq məsələlərinə, dilemmalarına aydınlıq gətirilməsi üçün açar məhz budur, çünki intellektual gənclik yeni həyatın qurucusu rolunda çıxış edir.
K.Abdullayev tanınmış alim və gəncliyin böyük dostu kimi həmişə gənclərlə işin orijinal formatlarını tapır. Yəqin ki, bu, simvolik bir keyfiyyətdir, çünki K.Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru olaraq, gənclərlə qeyri-formal ünsiyyətə həmişə açıqdır. Harada orijinal ideyalar, həqiqi və səbatlı yaradığı fikirlər var, K.Abdullayev də oradadır.
Alim dərk edir ki, gənclik mühitində böyük və hədsiz potensial cəmlənib, onu faydalı yola yönəltmək üçün isə məqbul həllərin axtarılması və gerçəkləşdirilməsi üçün gənc müasirlərinlə dost olmalısan.
Multikulturalizm özlüyündə bitməyən bir məsələdir və bu məsələnin uğurlu alınması üçün dini və milli mənsubiyyətlərindən asılı olmayaraq, yaradıcı düşüncəyə malik insanların, gənclərin səyləri səfərbər olunur. Buna görə də Prezident İlham Əliyev ümummilli proqrama rəhbərliyi alim və pedaqoq Kamal Abdullayev kimi kreativ və enerjili insana etibar etməklə, perspektivli ideyasını zamanında gerçəkləşdirdi.
Dövlət başçısı sübut etdi ki, sosial enerjinin bir məqsədə yönəldilməsi üçün etibarlı mənbənin tapılması zərurəti yarananda idarəçilik sənətinin incəliklərinə vara bilir. Bunlar isə heç vaxt artıq olmur.

Tofiq Abbasov




Oxşar xəbərlər