“BDU fotolarda” müsabiqəsi elan edilir

“BDU fotolarda” müsabiqəsi elan edilir Bakı Dövlət Universiteti (BDU) 100 illik yubileyi münasibətilə “BDU fotolarda” adlı müsabiqə elan edir.
Müsabiqənin şərtlərinə görə, fotolar universiteti əks etdirməli, orijinal və məzmunlu, eyni zamanda, aydın və keyfiyyətli olmalıdır. İştirakçılar müsabiqəyə ən çox 3 foto göndərə bilərlər. İnternetdə, saytlarda, kitablarda istifadə edilmiş fotolar müsabiqədə iştirak etməyəcək.
Fotolar sentyabrın 30-dək [email protected] ünvanına “mövzu” yerinə “foto-müsabiqəyə” qeyd edilməklə göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən fotoşəkillərə baxılmayacaq.
Müsabiqədə I, II, III yeri tutanlara mükafat və diplomlar, fərqlənən digər iştirakçılara isə müxtəlif hədiyyə və sertifikatlar təqdim olunacaq, ən yaxşı şəkillər müxtəlif sərgilərdə və kitablarda təqdim ediləcək.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər