
Şeyxin paylaşdığı “Əlahəzrət qılıncları” şeirində "çətinliklərin öhdəsindən gəlmək, ən çətin şeyləri asan yolla həll etmək, hökmdarlıq mübarizəsi, iti bıçaqlarla parıldayan qılınc və intiqam almaq" ifadələri diqqət çəkib. Şeirin Əl-Maktuma, yaxud hansısa şairə məxsus olması bilinmir.
Xatırladaq ki, çahzadə Həyya London məhkəməsində təhlükəsizliyinin təmini üçün qorunma tələb etmişdi. Şeyxlə şahzadənin ikinci məhkəmə prosesi noyabrın 11-də olacaq.
Qeyd edək ki, Həyya 39,3 milyon dollar götürərək Londona qaçıb və orada 107 milyon dollarlıq malikanədə yaşayır.
70 yaşlı Şeyx Məhəmməd 4 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanlarından biridir.
Tehsil-press.az