Rusiya alimləri robotlara müstəqil qərar qəbul etməyi öyrədiblər

Rusiya alimləri robotlara müstəqil qərar qəbul etməyi öyrədiblər Rusiya Elmlər Akademiyasının alimləri süni intellektə sahib robotların dəyişən mühitdə qərar qəbul edə biləcəyi proqram təminatını hazırlayıblar.
Robotlar iş mühitinin qeyri-müəyyənliyi və dəyişkənliyi şəraitində detalları emal edərkən özləri alətlərin hərəkət trayektoriyalarını və rejimlərini müəyyənləşdirir və düzəliş aparır.
Alimlərin sözlərinə görə, robotlar hətta güc əməliyyatlarının icrası zamanı 0,5 millimetr dəqiqliklə hərəkət edirlər. Robot iş sahəsinin virtual obrazını qurmaq və onun yerini tanımaq imkanına malikdir. Bu obraz əsasında süni intellekt öz iş alətlərinin hərəkət trayektoriyalarını müəyyən edir.

Tehsil-press.az



Oxşar xəbərlər