BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar

BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev jurnalistika fakültəsinin Türkiyənin nüfuzlu dövlət universitetlərinin magistratura və doktorantura səviyyələrinə qəbul olunan məzunları ilə görüşüb.
Türkiyənin Dövlət Təqaüd Proqramı (“Türkiyə bursları”) xətti ilə qəbul olunan məzunlarla görüşdə rektor onlara elmi yenilikləri dərindən öyrənməyi, əldə etdikləri bilik və bacarıqları artırmağı, müasir düşüncəli gənclər kimi formalaşmağı tövsiyə edib.
Görüşdə, eyni zamanda, jurnalistika sahəsində ixtisaslaşmalar, tələbələrin ölkənin nüfuzlu media qurumlarında təcrübə keçmələri, tələbə yaradıcılığına geniş yer verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, məzunların təklifləri dinlənilib.
Qeyd edək ki, jurnalistika fakültəsinin beynəlxalq jurnalistika ixtisaslaşması üzrə magistr məzunu Nurlan Salamov doktorantura pilləsində Ərzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutunun fəlsəfə doktoru proqramına, fakültənin bakalavr məzunlarından Ayşən Hüseynova Kocaeli Universitetinə, Həşim Səhrablı İzmir Ege Universitetinin Sosial Elmlər İnstitutuna, Comərd Rüstəmli isə Əskişəhər Anadolu Universitetinə magistraturaya qəbul olunublar.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər