BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib

BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Jurnalistika fakültəsinin və Mətbuat və informasiya şöbəsinin bir qrup əməkdaşı ilə görüşüb, onları 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib.
Görüşdə jurnalistika sahəsində ixtisaslaşmalar, sahə jurnalistikası, tələbələrin ölkənin ən nüfuzlu media qurumlarında təcrübə keçmələri üçün əlverişli şəraitin yaradılması, jurnalistika ilə bağlı nəşrlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
Eyni zamanda, Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında müxtəlif məzmunlu verilişlərin hazırlanması, tələbə yaradıcılığına geniş yer verilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər