
Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyevin və müəllimlərin iştirak etdikləri görüşdə qardaş ölkənin ali məktəbi ilə əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi haqqında ətraflı müzakirələr aparılıb. Qonağa fakültədəki infrastruktur, təhsil-tədris sistemi barədə məlumat verilib.
Görüşdə əməkdaşlığın bir sıra istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Sonra qonaq fakültənin elmi-tədqiqat laboratoriyaları, “Barama Media Center”, “Füyuzat” otağı, tədris-teleradio studiyası ilə yaxından tanış olub.
BDU-nun Mətbuat Xidməti