Ukraynadan “qaçan” Poroşenko bu gecə ölkəyə döndü

Ukraynadan “qaçan” Poroşenko bu gecə ölkəyə döndü Bir neçə həftə əvvəl ailəsi ilə bərabər Ukraynanı tərk edən ölkənin keçmiş prezidenti Petr Poroşenko geri dönüb.
Laynerin Bakı vaxtı ilə saat 03:30 radələrində Kiyevin "Julyanı" hava limanında eniş etdiyi bildirilir. Nəşrin müxbirlərinin sözlərinə görə, layner endikdən sonra bütün sərnişinlər avtomobillərə əyləşib hava limanının ərazisini tərk edib.
Bundan əlavə, laynerin Dubaydan gəldiyi qeyd edilir. Nəşr onu da əlavə edib ki, avtomobillərdən birinin seriya nömrəsi ilə onun Poroşenkoya məxsus olduğunu məlum etmək mümkün olub. Belə ki, məhz həmin nəqliyyat vasitəsi ilə o, Dövlət İstintaq Bürosuna ifadə verməyə getmişdi.
Qeyd edək ki, P. Poroşenkonun Ukraynanadan getməsi onun ölkədən qaçdığı kimi qələmə verilirdi.

Tehsil-press.az

Oxşar xəbərlər