Avtobus və yük maşını toqquşub: 11 nəfər ölüb

Avtobus və yük maşını toqquşub: 11 nəfər ölüb Boliviyada avtobusun və yük maşınının toqquşması nəticəsində 11 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bu barədə "ABI" agentliyi bildirib.
Bildirilir ki, xəsarət alanlar arasında azyaşlı və hamilə qadın var. Sənədlərin olmaması səbəbindən ölənlərin hamısının şəxsiyyəti müəyyənləşdirilməyib.
Hadisənin iki versiyası var - yük maşının qarşı zolağa çıxması və sürücünün sərxoş ola biləcəyi.

Tehsil-press.az

Oxşar xəbərlər